Ceyms Makkin Kettell

Ceyms Makkin Kettell
James McKeen Cattell
Doğum tarixi
Doğum yeri Easton, Pensilvanya
Vəfat tarixi (83 yaşında)
Vəfat yeri Lancaster, Pensilvanya
Milliyyəti Amerikan
Elm sahələri Psixometriya, Psixologiya
Elmi dərəcəsi Professor
İş yerləri Kembric Universiteti, Pensilvaniya Universiteti, Kolumbiya Universiteti
Alma-mater Leypsiq Universiteti (Fəlsəfə doktoru)
Təhsili
Elmi rəhbəri Vilhelm Vundt
Üzvlüyü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Ceyms Makkin Kettell (25 may 1860[1][2][…], Easton[d], Pensilvaniya20 yanvar 1944[1][2][…], Lankaster, Pensilvaniya) — amerikalı psixoloq ve Amerika Birıəşmiş Ştatlarında psikologiya professoru adını almış ilk elm adamı. Professor adını Pensilvaniya Universitetindən alan C.M.Kettell Amerikadakı Funksionalizm cərəyanının ən əhəmiyyətli təmsilçilərindən biri olmasına baxmayaraq heç vaxt rəsmi şəkildə bu cərəyana qoşulmamışdır. Kettell reaksiya müddətindəki fərdi fərqlilikləri əhatə edən araşdırmalar aparmış, test yönümlü yanaşmaya üstünlük vermişdir. İntellekt əmsalı anlayışını təqdim edən ilk psixoloq olan Kettell, tez-tez Körpələrin İntensivliyi Ölçüsünün (CIIS) müəllifi olan Reymond Bernard Kettell ilə səhv salınır. Kettell, psixologiya elminin əsasının ölçmə və təcrübəyə əsaslanmalı olduğunu müdafiə edirdi. 1921-ci ildə məqsədi psixologiya elmini inkişaf etdirmək və psixoloji tədbiqlərin istifadəsini artırmaq olan Psixologiya Dərnəyinin əsasının qoyulmasında təsiri böyük olmuşdur. [3]

  1. 1 2 James McKeen Cattell // Encyclopædia Britannica (ing.).
  2. 1 2 James McKeen Cattell // Brockhauz Ensiklopediyası (alm.).
  3. Tavşancıl, E. (Ed.).(2013). Psikoljik test ve değerlendirme(7.baskı). Ankara: Nobel Akademik Yayıncılık

From Wikipedia, the free encyclopedia · View on Wikipedia

Developed by Tubidy